Şou-biznes

Daha 31 rusiyalı məşhur bu ölkəyə gedə bilməyəcək

2 İyun 2022 15:43
0 Şərh     Baxış: 1 077
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Latviya hökuməti ölkəyə girişi qadağan edilən rusiyalıların sayını artırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Edqars Rinkeviç daha 34 rusiyalını qara siyahıya daxil etdiklərini açıqlayıb. Bu dəfə siyahıda müğənni-aktrisa Anna Semenoviç, ifaçı Oleq Qazmanov, aktyor Dmitri Dyujev və müğənni Larisa Dolina yer alıb.

"Latviya Kreml rejimini dəstəkləyən şəxslərin ölkəyə girişini qadağan etməkdə davam edir və bunu gələcəkdə də ardıcıl olaraq həyata keçirəcək" deyə, bəyanatda deyilir.

Xarici İşlər Nazirliyindən bildirilib ki, bu şəxslərin Latviyaya girişi qeyri-müəyyən müddətə qədər qadağandır.

Qeyd edək ki, Latviya hökuməti bundan əvvəl Rusiyanın Xalq artisti Filipp Kirkorov daxil olmaqla bir sıra şəxslərin ölkəyə girişinin qeyri-müəyyən müddətə qədər qadağan edildiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.