Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur müğənni Abbas Əhməd 90-cı illərin sevilən ifaçılarından olub. Bir vaxtlar onun milyonlarla gəncin qəlbini titrədən "Ürəyim yanar" mahnısı dillər əzbəri idi. Uzun illərdir vətəndə yaşamayan sənətçi arabir Bakıya gəlsə də bunu heç kim bilmir.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, məşhur müğənni Abbas Əhməd haqqında maraqlı faktları təqdim edir:
Əhmədov Abbas Allahverdi oğlu 1960-cı il dekabrın 25-də Rusiyada dünyaya gəlib. İbtidai məktəbi orada oxuyan ifaçı dördüncü sinifdə olarkən ailəsi ilə Bakıya köçür. Orta məktəbi başa vurduqdan sonra müğənniliklə məşğul olan Abbas 1990-2000-ci illərdə Azərbaycan estradasının parlayan ulduzu olur.
Onu məşhurluğun zirvəsinə isə həyat yoldaşına həsr etdiyi "Ürəyim yanar" adlı kompozisiyası çatdırır. Bu ifa hələ də sevilərək dinlənilən klassik hitlər sırasındadır. Müğənni mahnını 1992-ci ildə şair Elçin Mirzəbəylinin sözlərinə bəstələyib. "Ürəyim yanar" ifasını 1997-ci ildə Sunay adlı türk müğənnisi də səsləndirib. Abbasın bu ifasını bir müddət əvvəl mənfur düşmənlərimiz olan ermənilər oğurlayıblar.
Onlar sənətçinin "Ürəyim yanar" ifasının musiqisinə söz yazaraq Şuşaya həsr ediblər.
Abbas 1988-ci ildən 2001-ci ilə qədər "Qaya" ansamblının solisti olub. 2001-ci ildə qrup dağıldıqdan sonra o, Rusiyaya üz tutur. Azərbaycan sərhədlərindən kənarda başqa bir yerdə öz ifaları ilə ad-san qazanmağa başlayır. 2003-cü ildə Abbasın Rusiya şou-biznesinə qatılma şansı yaransa da, o bundan imtina edir. Səbəb isə sənətçinin bir zamanlar üzvü olduğu "Qaya" ansamblını xarici ölkənin şou-bizesindən üstün tutması olur.
Abbas Əhməd müsahibələrindən birində özü ilə bağlı maraqlı faktı açıqlayır. Belə ki, ifaçı 1989-cu ildə "Qızıl payız" müsabiqəsində iştirak edir və qalibiyyət qazanır. Onun bu birinciliyini heç kim heç yerdə açıqlamır. Həmin vaxt müsabiqədə iştirak edən Xalq artisti Zülfiyyə Xanbabayeva isə ikinci olur. Abbas Əhməd 14 il "Qaya" qrupunda çalışsa da bu günə qədər heç bir fəxri ada layiq görülməyib. Hazırda Rusiyada yaşayan sənətçi vətənə nadir hallarda gəlir. Abbas orada keçirilən toylarda iştirak edir. Bəzən məclislərdə aparıcılıq da edir.
İfaçı dəfələrlə mətbuata verdiyi açıqlamaları ilə gündəm olub. Müsahibələrindən birində gənc vaxtlarında cavan qızların arxasınca düşməyi, cins geyinməyi, gözəl qızlarla tanış olmağı, "Bitlz" qrupunu dinləməyi çox sevdiyini dilə gətirib. İfaçı cins şalvarda özünü şahzadə, hətta Maykl Cekson kimi hiss etdiyini deyib. Abbas cins geyimlərindən bəzilərini hələ də saxladığını bildirib.
Abbas Əhməd iki dəfə ailəli olub. Onun ilk evlilliyindən bir oğlu dünyaya gəlib. Sənətçi ilk həyat yoldaşı ilə cəmi bir il evli qalıb. Daha sonra onunla həyat yollarını ayıran Abbas ikinci dəfə evlənib. Artıq 31 ildir ailəli olan ifaçının bu evlilikdən övladı yoxdur. Abbasın birinci evliliyindən olan oğlu dünyaca məşhur müğənnilərin konsertlərini təşkil edir. Demis Russos, Stinq kimi müğənniləri Rusiyaya gətirir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Marina Vladi vəfat etdi
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
XƏBƏR LENTİ
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
Bakıda Formula 2 sprint yarışına start verilib - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan





