Şou-biznes

"Atam seksual həyatımı məhv etdi"

5 May 2022 11:30
0 Şərh     Baxış: 2 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı müğənni Britni Spirs atasını onun seksual həyatını məhv etməkdə ittiham edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında yazıb.

40 yaşlı müğənninin dediyinə görə, atası onun özünə inamını çox qırıb; 13 yaşından o, valideynlərindən onun kifayət qədər gözəl və cazibədar olmadığını eşidib. Bundan əlavə, atası onu artıq çəkili olmasını daim tənqid edib.

"Mənə həmişə kök olduğum və heç vaxt kifayət qədər yaxşı olmadığım deyilirdi. Atam mənim varlığımın özəyini, inamımı və hətta seksual həyatımı məhv etdi", - deyə sənətçi etiraf edib.

İfaçı qalmaqallı davranışını da bu faktla izah edib: Ondan hər zaman mükəmməl və gözəl olmaq tələb olunduğu üçün "vəhşi və yaramaz" olmaq yolunu seçib.

Spirs əlavə edib ki, indi onun həyatı dəyişib və onun özünüqiymətləndirməylə bağlı problemi yoxdur.

"Özümü çox yaxşı hiss edirəm. Mən çox səy göstərməyi - və bəli, tamamilə yeni bir dünyaya daxil oldum. Özümü gözəl hiss edirəm", - deyə ifaçı vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.