Şou-biznes

Gülşen üçün Bakıya özəl geyim hazırlanır

19 Aprel 2022 19:54
0 Şərh     Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar səhnə geyimləri və "Lolipop" mahnısı ilə gündəmdə olan türkiyəli müğənni Gülşen Bakıya gəlir.

Milli.Az olay-a istinadən xəbər verir ki, Mega Müzik şirkətinin təşkil etdiyi konsert 27 may Bakı Konqress Mərkəzində keçiriləcək.

7 il sonra Bakıda komandası ilə səhnəyə çıxacaq müğənni 1,5 saatlıq proqramda sevilən hitlərini səsləndirəcək.

Səhnədə fərqli obrazlara üstünlük verən Gülşen paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkəcək. Belə ki, sənətçiyə Bakı səhnəsi üçün xüsusi geyim hazırlanır.

Qeyd edək ki, konsertə biletlərin qiyməti 35 manatdan 220 manatadəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.