Şou-biznes

"Ad günümə çağırmadıqlarım məni "qara siyahı"ya atıb" - Əməkdar artist - VİDEO

10 Aprel 2022 16:52
0 Şərh     Baxış: 1 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü bir neçə gün əvvəl şəhər restoranlarının birində ad gününü qeyd edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, özəl gününə 50 nəfər qonaq dəvət edən qarmon ifaçısı çağırmadıqlarının ondan incidiyini bildirib. Bu barədə sənətçi "Elgizlə izlə" verilişində danışıb:

"Çağırmadığım üçün nə qədər adam məni instaqramda, votsapda "qara siyahı"ya atıb. Nə bilim, utandım. "Qara siyahı"ya atanlara təşəkkür edirəm. Sağ olsunlar, iştirak etmək istəyiblər. 50 nəfər dəvət etmişdim. İstəyirdim hamını görüm, hər kəslə ünsiyyət qura bilim".

Qeyd edək ki, Gülbahar Şükürlünün ad günü martın 20-də olsa da, 10 gün sonra qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.