Şou-biznes

Manafın avtomobili hələ də cərimə meydançasında saxlanılır?

2 Aprel 2022 14:48
0 Şərh     Baxış: 2 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) vəkil Adəm Məmmədovun müğənni Manaf Ağayevə məxsus "Mercedes" markalı avtomobilinin qanunsuz olaraq polisin cərimə meydançasında saxlanılması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev  bildirib ki, vəkilin iddiaları əsassızdır.

"Manaf Ağayevin avtomobilinin polisin müvəqqəti dayanacaqda saxlanılması ilə bağlı vəkil Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində təsdiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib", - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.

Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.