Şou-biznes

Cim Kerri də karyerasını başa vurur

1 Aprel 2022 15:42
0 Şərh     Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı-kanadalı aktyor Cim Kerri aktyorluq karyerasını başa vurmaq qərarına gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Access Hollywood" nəşrinə danışıb. 60 yaşlı aktyor təqaüdə çıxmaq və sakit həyat tərzi sürmək istədiyini deyib:

"Karyeramı davam etdirə bilərdim. Amma mənə sakit həyatım çox xoşuma gəlir. Mən kətanda rəsm çəkməyi sevirəm, öz mənəvi həyatımı sevirəm.

Ola bilsin, bunu başqa ulduzdan eşitməyəcəksiniz - hiss edirəm ki, məndən bu qədər bəsdir. Mən yetərincə iş görmüşəm".

O əlavə edib ki, həqiqətən görkəmli layihədə rol almaq təklifi alsa, razılaşa bilər: "Amma əgər mələklər qızıl mürəkkəblə yazılmış hansısa ssenari gətirsə, başa düşəcəyəm ki, insanlara bunu görmək çox vacib olacaq, onda, ola bilsin, qayıdaram".

Qeyd edək ki, aktyorun iştirak etdiyi sonuncu film "Sonic the Hedgehog 2" aprelin 8-də ekranlara çıxacaq. C. Kerri ən populyar komediya aktyorlarından biri sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.