Şou-biznes

"Başqasının qazdığı quyuya düşdüm"

17 Mart 2022 19:48
Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər sənət aləmində məşhurlar dostluqlardan gileylənib. Bu dəfə Əməkdar artist Gülüstan Əliyeva xanımlar arasında dostluq olmadığını deyib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə MTV-yə açıqlamasında deyib. İfaçı bildirib ki, heç kimlə dostluq etmir:

"Dostluqların olmamasının təsdiqləyirəm. Həyatın qanunudur. İş prosesimizin bəlkə tələbidir. Qadın-qadınla, kişi-kişi ilə rəqabət aparır. Hər ikisi neytral zonada olub, bir-birinin işinə mane olmayanda dostluq davam edə bilir. 

Başqasının qazdığı quyuya çox düşdüm. Heç olmadığım bir yerdə olduğumu deyirlər. Hətta bir dəfə yazılmışdı ki, bir hadisə olanda orada olmuşam. Bunlara normal baxıram. Sənət elə çətin bir sahədir ki, neytral qalmaq çox çətindir. Elə sənət adamı var ki, danışdırmıram onu. Amma sənətinə qiymət verirəm". 

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Zamiq Hüseynov da şou-biznesdə dostluq olmadığından danışmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.