Şou-biznes

Bir gündən sonra instaqramına qovuşan Rəqsanənin sevinci - VİDEO

15 Mart 2022 13:42
9 Şərh     Baxış: 2 465
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, martın 14-dən Rusiya ərazisində instaqram sosial şəbəkəsinə giriş bloklanacaq. Hazırda orada olan azərbaycanlı müğənnilər də sosial şəbəkəyə girə bilməməkdən gileylənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Rəqsanə İsmayılova əvvəlcə instaqram izləyiciləri ilə sağollaşıb. Bir gündən sonra isə ifaçı sosial şəbəkəyə girmək üçün xüsusi proqramdan istifadə edib. 

Rəqsanə bu sevincini rəqs edən zaman çəkdiyi videonu paylaşaraq, izləyiciləri ilə bölüşüb. "İnstaqram, əla... Bu proqramı çıxaranın Allah balasını saxlasın. Necə köməyimizə çatdı" deyə, Rəqsanə paylaşımında qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.