Şou-biznes

Azərbaycanlı Nikodan “TikTok”da rekord - Bir günə 7 min dollar

12 Fevral 2022 14:37
0 Şərh     Baxış: 2 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan TikTok seqmentində rekord nəticə qeydə alınıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə texniki bloger Fərid Pərdəşünas məlumat yayıb.  

Qeyd olunub ki, Özbəkistandan olan bir TikTok-erlə duelə çıxan Nikosayağı ləqəbli azəbaycanlı aktyor Nicat Şakirli 25 min izləyici olan yayımda rəqibini məğlub edib. 

Yayım 10 milyon bəyənmə alıb və 3 milyondan çox jeton yığılıb. Bu jetonlar isə TikTok-erə 7000 dollardan çox pul qazandırıb .

Pullar yerli TikTok izləyiciləri tərəfindən göndərilib. Ümumilikdə yayıma 14.000 dollardan çox pul xərclənib. Canlı yayımda Bayram Nurlu, Pərviz Bülbülə, Pərvin Abıyeva kimi məşhurlar hədiyyə dəstəyi verib. Ən çox dəstək isə bayraktar ləqəbli bir istifadəçidən gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.