Şou-biznes

Aysun nişanından danışdı: “Hər an özümdən gedə bilərdim” - FOTO

3 Fevral 2022 16:12
0 Şərh     Baxış: 2 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova sosial şəbəkədə yeni paylaşım edib. 

Milli.Az xəbər verir ki, sənətçi bir neçə gün əvvəl baş tutan nişan mərasimindən yeni fotolarını "Instagram" izləyiciləri ilə bölüşüb. 

Aysun nişan günü çox həyəcanlı olduğunu qeyd edib:

"Həyatımın ən gözəl günü... O qədər həyəcanlı idim ki, elə bilirdim hər an özümdən gedə bilərəm. Bu gözəl gündən bütün subaylara arzu edirəm".

Qeyd edək ki, Aysun "Alın yazım" ifasının klipində öz nişan mərasimindən olan görüntülərini sevənləri ilə bölüşüb.

Xatırladaq ki, Aysun İsmayılova Eşqin adlı bəylə nişanlanıb. Onların şad günü Moskvadakı dəbdəbəli restoranlardan birində baş tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.