Aparıcı Nanə Ağamaliyeva ilə stilist Anar Ağakişiyev arasındakı qalmaqal səngimək bilmir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ATV-də qalmaqal yaşayan iki tanınmış simanın davası sosial şəbəkələrdə davam edir.
Belə ki, Anar Nanə ilə arasında baş verən gərginlik haqda instaqram səhifəsinə şərh yazıb.
O, istifadəçilərdən birinin "Anar bekar qalıb, o qədər işin-gücün arasında nəyinə lazımdır?" rəyinə "Bekar deyiləm, düz deyirsiz. Mənə o lazımdır? Sadəcə kanala qarşı hörmətsizlik olmasın deyə təklifi qəbul etdim. Sonra gördüm bunun başı əməlli qaçıb. Özünü Napoleonun (red. - Fransanın keçmiş imperatoru) xalası qızı hesab edir", - deyə, cavab verib.
Qeyd edək ki, köhnə dostların davasına səbəb Anarın ona verilişindəki imicini dəyişməsi təklifindən sonra yaranıb.
Milli.Az