Şou-biznes

Maqsud Mahmudov əməkdar artisti də aldadıb - Açıqlama

26 Yanvar 2022 14:38
0 Şərh     Baxış: 3 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada saxlanılaraq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərərçəkənlər arasında əməkdar artist Vasif Məhərrəmli də var.

Milli.Az olay-a istinadən xəbər verir ki, M.Mahmudov əməkdar artist V. Məhərrəmliyə qarşı da dələduzluq edib.

Bununla bağlı Vasif Məhərrəmli ilə əlaqə saxladıq.

Müğənni məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi: "Məhkəmə predmeti olduğu üçün bu barədə danışmaq istəmirəm". 

Qeyd edək ki, Maqsud Mahmudov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 183.2.2-ci (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş qismində tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.