Şou-biznes

"Gecə papağımı taxıb, küçəyə çıxıb, bütün Bakını gəzirəm" - VİDEO

27 Dekabr 2021 18:42
0 Şərh     Baxış: 1 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rafet El Roman maraqlı açıqlamaları ilə gündəmə gəlib. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, aparıcı Emin Musəvinin müsahibi olan sənətçi tez-tez səfər etdiyi Bakı ilə bağlı təəssüratlarını bölüşüb.

Aparıcı ifaçı ilə olan müsahibəsini şəxsi instaqram hesabında yayımlayıb:

"Bir nömrəli ifaçı Rəşid Behbudov mənim ürəyimdədir. Azərbaycan musiqilərini çox sevirəm. Necə ifa edirlərsə, insan heyran olur. Bir də Aygün Kazımovanın səsini bəyənirəm. Röyanı da sevirəm, səhnə də paylaşmışıq. Buranın özünəməxsus rəqslərini, musiqisini bəyənirəm.

Bakının gecə, işıqlı küçələrini, mərkəzini çox sevirəm. Bütün Bakını yeriyərək gəzə bilərəm. Nərə balığını da sevirəm. Burada insanlar bilmir, amma mən gələndə oteldə qalıram. Gecə papağımı taxıb küçəyə çıxıb, bütün şəhəri ayaqla gəzirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.