Şou-biznes

“Efirlərdə nə həkim, nə də dərman reklam olunmalıdır, bu biabırçı haldır...”

14 Dekabr 2021 18:06
3 Şərh     Baxış: 1 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həkimlərin verilişlərdə bu cür reklam edilməsi çox biabırçı haldır. Nə həkim, nə də dərman reklamı olmamalıdır. Amma bizim televiziyalarımızda nə desən reklam edirlər. Xoşqədəm xanım Hidayətqızı verilişində deyir ki, filankəs birnömrəli həkimdir. Bu nə deməkdir? Siz həkimi nömrələmisiniz? Bunlar ola bilməz".

Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov televiziyalarımızda həkim reklamının yolverilməz olduğunu bildirib:

"Həkim efirdə reklam olunmamalıdır. Onun reklamı xəstəsidir. Ayrı-ayrı adamları reklam etmək nə deməkdir. Heç görmüsünüzmü ki, balığın kürüsünü reklam eləsinlər? Yox, görməmisiniz, çünki o öz qiymətindədir. Reklam olunan həkimlərin özləri də normal adamlar deyil axı. Televiziyalarımızı açanda adam özü xəstəlik tutmaq istəyir. Hər yerdə ancaq xəstəliklərdən danışırlar. Düzdü, həkimlərimizin efirdə danışmasının, insanlara məsləhət verməsinin tərəfdarıyam. Bu başqa mövzudur. Amma həkimin özünü reklam etməsi yolverilməzdir. Həkimlərimiz var ki, hətta siyasətlə də məşğul olurlar. Bu da düzgün deyil, getsinlər öz işləriylə məşğul olsunlar". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.