Şou-biznes

Kaan içkili vəziyyətdə müxbirləri hədələdi - VİDEO

3 Dekabr 2021 20:18
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Kaan Urqancıoğlu ötən gecə məkanların birində içkili şəkildə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, alkoqol qəbul etdiyini açıqlayan aktyor müxbirlərə açıqlama verə bilməyəcəyini sərt şəkildə bildirib. Bu zaman jurnalislərin çəkilişi davam etmələrinə əsəbiləşən Kaan müxbirlərdən biri ilə mübahisə yaşayıb.

"Spirt qəbul etmişəm, açıqlama verməyəcəyəm. 2 saatdır məni gözlədiyinizi bilirəm. Menecerlərimlə şam yeməyinə gəldim. Nə soruşmaq istəyirsənsə, səhər məndən soruşun. Bu saatda məndən açıqlama ala bilməzsiniz" - deyə, Kaan onu çəkməmələrini istəyib.

Müxbir isə orada yalnız ona görə olmaqdıqlarını, digər sənətçiləri də çəkəcəklərini bildirib. O, Kaana açıqlama verib-verməməkdə sərbəst olduğunu da əlavə edib.

Daha sonra aktyor operatorlardan birinin tutduğu kameranın obyektivini əli ilə örtərək çəkimə mane olub. Bu hərəkətinə görə ona cavab qaytaran müxbirin adını, kimin üçün işlədiyini soruşub və cavab aldıqdan sonra oradan uzaqlaşıb.

Qeyd edək ki, Kaan hazırda reytinqlərdə ilk sırada yer alan "Yargı" serialında baş rollardan birini canalandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.