Sağlam qida

Dünyanın ən zərərli qidası - Hər kəsin evində var

27 İyun 2023 23:12
Baxış: 5 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeməyi daha da dadlı etmək üçün bəzi əlavələrdən istifadə olunur. Mütəxəssislər bildirirlər ki, istifadə edilən bu maddələr sağlamlığı böyük ölçüdə təhdid edir.

Milli.az Publika.az-a istinadən xəbər verir ki, ət və toyuq bulyonları bu siyahıya daxildir. Bulyonlar yeməklərin dadını və qida dəyərini artırır.

Bir çox insan ət və toyuq bulyonunun hazırlanmasının çətin olduğunu düşünür. Bu səbəblə hazır bulyonlardan istifadəyə üstünlük verirlər.

Zərərləri çoxdur

Bulyonların tərkibində "Mono natrium glutamate" (MSG) adlı zərərli maddə var. "Çin duzu" adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli hesab edilir. Bir çox xəstəliklər yaradaraq orqanizmi məhv edən həmin bu məhsulun zərəri çoxdur.

Bulyonlar beyin xəstəliklərinə səbəb olur

Bulyonlarda olan və yeməklərə ət ləzzəti vermək üçün istifadə edilən MSG insanın mərkəzi sinir sistemini zədələyir. Alzheimer, parkinson, epilepsiya və huntington kimi xəstəliklərinə səbəb olur.

Bulyonlar eyni zamanda mədəaltı vəzinin zədələnməsi, gözün tor qişasında böyümə, piylənmə, böyrək və qaraciyər xəstəliklərinə, insulin artımı kimi sağlamlıq problemlərinə səbəb olur.

Xüsusilə hamiləlik dövründə bu məhsulların istifadəsi mütəxəssislər tərəfindən çox əlverişsiz hesab edilir. Bu dövrdə tərkibində MSG olan qidaların istehlakının ən böyük zərəri onun cifti zədələməsi və birbaşa körpəyə ziyan verməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.