Rusiya

Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini ötüb

22 Sentyabr 2021 18:30
0 Şərh     Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada son sutka ərzində daha 19 706 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 333 557 nəfərə çatıb.

Son sutka ərzində ölkədə 817 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada COVID-19-dan ölənlərin sayı 200 625 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.