Rusiya

Putin yenə sualtı qayıqlar göndərir

21 Sentyabr 2021 13:08
0 Şərh     Baxış: 2 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Hərbi Dəniz Donanması Suriyadakı Tartus hərbi bazasına "Kalibr" raketləri ilə silahlanmış dörd sualtı qayıq göndərib. "Varşavyanka" layihəsindən olan bu sualtı qayıqlar dizel-elektrik mühərrikləri ilə təchiz olunub.  Bu haqda Rusiya mənbələri bildirir. Daha bir sualtı qayıq isə Aralıq dənizinin neytral sularında üzür.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, sualtı qayıqların göndərilməsi Suriyanın şimalında, İlibdə vəziyyətin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir. Xəbərlər var ki, Suriya ordusu bölgəni müxalif yaraqlılardan təmizləmək üçün yeni irimiqyaslı əməliyyatlar planlaşdırır. Hətta bəzi mənbələr Əsəd ordusunun hücumunun "hər an başlaya biləcəyini" deyirlər. Belə xəbərlər Bəşər Əsədin bir neçə gün əvvəl Moskvaya sürpriz səfərindən sonra yayılmağa başlayıb.  Həmin görüşdə Rusiya prezidenti Vladimir Putin Suriyanın əsas probleminin "dəvət olmadan bu ölkənin ərazilərinin bir hissəsində yerləşən xarici hərbi qüvvələr" olduğunu demişdi.

Habelə son günlər Rusiya aviasiyası İdlibdə müxalif qruplaşmaların mövqelərinə tez-tez zərbələr endirir. O cümlədən regiondakı Türkiyə ordusu mövqelərinin bilavasitə yaxınlığına raketlərin atılması faktları qeydə alınıb.

Bütün bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya yaxın günlərdə baş tutacaq səfəri ərəfəsində baş verir. Gözlənilir ki, Ərdoğanla Putinin danışıqlarının əsas mövzusu Suriya olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.