Rusiya

Rusiyada Dövlət Dumasına seçkilər başlandı

17 Sentyabr 2021 09:19
0 Şərh     Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Dövlət Dumasına seçkilərə start verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, parlamentin aşağı palatasının səkkizinci çağırış tərkibinin seçilməsi üçün ilk məntəqələr Çukotka və Kamçatkada açılıb.

Bu il "Birlikdə seçirik" şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. Dövlət Dumasıyla yanaşı, Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq.

Qeyd edək ki, 450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb.

Seçkilərin yekun nəticələri oktyabrın 4-də açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.