Lavrov: NATO-nun istənilən təcavüzü qətiyyətlə qarşılanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rusiya NATO ölkələrinə hücum etməyi düşünmür. Eyni zamanda, Rusiyaya qarşı istənilən təcavüz sərt və qətiyyətli cavabla qarşılanacaq".
Milli.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
"Rusiyanın heç vaxt belə niyyəti olmayıb və yoxdur. Bununla belə, mənim ölkəmə qarşı hər hansı təcavüz qətiyyətlə qarşılanacaq", - Lavrov bildirib.
Lavrov bildirib ki, NATO və Avropa İttifaqı (Aİ) nümayəndələrinin bu məsələdə şübhəsi olmamalıdır. Onun sözlərinə görə, Qərb siyasətçiləri arasında elələri var ki, öz vətəndaşlarına Rusiya ilə münaqişənin qaçılmaz olduğunu təlqin edir və qənaətin sərtləşdirilməsinə çağırır, həm də açıq şəkildə Kalininqrad vilayətinə və Rusiyanın digər regionlarına qarşı təcavüzə hazırlıqdan danışırlar.
Bundan əlavə, Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bu cür təxribat xarakterli bəyanatları təkzib edib və vurğulayıb ki, NATO və Aİ ölkələrinə hücum planlaşdırılması ilə bağlı əsassız ittihamlara baxmayaraq, Rusiyaya qarşı güc tətbiqi hədələri getdikcə daha tez-tez səsləndirilir.
Çıxışı zamanı Lavrov həmçinin bildirib ki, bu gün dünya, beynəlxalq oyunçuların Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı qərarını "dəfn etmək" cəhdləri ilə üz-üzədir. O düşünür ki, mövcud vəziyyət belə bir inkişafın qarşısını almaq üçün təcili tədbirlər tələb edir və bu mövqe Fələstin məsələsinə dair Beynəlxalq Ali Konfransın iştirakçıları tərəfindən də qəti şəkildə dəstəklənib. (APA)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müəllimindən Putinə məsləhət: " Xalqa daha yaxın ol" - (Foto)
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
Elman Paşayevin oğlu həbs edildi
-
Putinin vəzifə verdiyi İradə Zeynalova üzləşdiyi çətinlikdən danışdı
-
Əgər kameralar olmasaydı... - Putin
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
XƏBƏR LENTİ
-
Faciəvi motosiklet və moped qəzalarının arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA
-
Köç karvanı Şükürbəyli kəndinə çatıb - Yenilənib
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 21-24 dərəcə isti təşkil edəcək
-
Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək
-
Türkiyədə müəllim "Netflix"dən 2 milyon lirə təzminat aldı - (Video)
-
Əhmədlidə açıq ərazidəki yanğın söndürüldü - Yenilənib
-
Xalq artisti: "Röya mütləq tarixdə qalacaq" - (Video)
-
Fərhad Mehdiyevın qızının həlak olduğu qəzanın görüntüləri
-
Floyd Meyvezerə qarşı ittihamlar irəli sürüldü
-
Türk aktrisa "Qalatasaray"lı sevgilisini Denizlə əvəzlədi - FOTO
-
Cəlal Hüseynov "Arda"dan Rumıniya klubuna keçdi
-
65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar
-
ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir - (Video)
-
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - (Foto)
-
Mikrofon açıq qaldı, Zelenski ilə Makronun söhbəti ifşa oldu - (Video)
-
Bakıda 35, rayonlarda 36 dərəcə isti olacaq
-
"TikTok"dakı ölümcül trend 15 yaşlı qızın həyatına son qoydu - (Foto)
-
Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi - Qərar
-
Müəllimindən Putinə məsləhət: " Xalqa daha yaxın ol" - (Foto)
-
BDYPİ piyadalara müraciət etdi: Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Bu gündən rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb seçimi və müsabiqə başlayır
-
Azərbaycanda razılıq olmadan məcburi psixiatriya müayinəsinə prokuror qərar verə biləcək
-
Rəhman Rəhmanovun birinci xanımı: "4 uşaqla tək qaldım" - (Video)





