Cəmiyyət

65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar

17 İyun 2026 13:21
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə 65 yaş həddinə çatmış həkimlərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur.

Milli.Az-ın apa-ya istinadən məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.

Onun sözlərinə görə, hazırda regionlarda tibb işçilərinin çatışmazlığı problemi aktual olaraq qalır və bu istiqamətdə müxtəlif müzakirələr aparılıb, həm geniş dinləmələr, həm də aidiyyəti qurumların iştirakı ilə görüşlər keçirilib.

Komitə sədri qeyd edib ki, Tibb Universitetini bitirən, lakin rezidentura təhsili almamış gənc həkimlərin Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara göndərilməsi də planlaşdırılır.

Eyni zamanda, 65 yaş həddinə çatmış həkimlərin təqaüdə göndərilməsi məsələsinə baxıldığı və regionlarda onların peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacağı bildirilib.

Əhliman Əmiraslanov vurğulayıb ki, bu istiqamətdə aparılan islahatların nəticə verəcəyi gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.