Hadisə

Əhmədlidə açıq ərazidəki yanğın söndürüldü - Yenilənib

17 İyun 2026 14:40
Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Açıq ərazidə baş vermiş yanğın operativ şəkildə söndürülüb.

Milli.Az xəbər verir ki, hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Görülən təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə nəzarətə götürülərək tam söndürülüb. Beləliklə, ətraf ərazilərin və yaxınlıqdakı sahələrin yanğından zərər görməsinə imkan verilməyib.

Faktla bağlı araşdırma aparılır.

__________________

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Milli.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.