İdman

Cəlal Hüseynov "Arda"dan Rumıniya klubuna keçdi

17 İyun 2026 13:36
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan millisinin üzvü Cəlal Hüseynov karyerasında yeni səhifə açıb.

Milli.Az xəbər verir ki, 23 yaşlı müdafiəçinin Rumıniya çempionatında çıxış edəcəyi məlum olub. Rumıniyanın "Petrolul" klubu futbolçunun transferini rəsmən açıqlayıb.

Tərəflər arasında iki illik müqavilə imzalandığı bildirilib. Beləliklə, milli komandanın üzvü qarşıdakı mövsümlərdə Rumıniya təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Cəlal Hüseynov son olaraq Bolqarıstanın "Arda" klubunun formasını geyinib. Müdafiəçi bundan əvvəl də Avropada müxtəlif klublarda çıxışı ilə diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.