Cəmiyyət

Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi - Qərar

17 İyun 2026 12:28
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nazirlər Kabineti kənd təsərrüfatı sektoruna xidmət edən yeni güzəşt siyahılarını təsdiqləyib.

Milli.Az xəbər verir ki, qərara əsasən, toxumçuluq, quşçuluq və arıçılıq sahələri üçün nəzərdə tutulan bəzi avadanlıqlar əlavə dəyər vergisindən azad edilib. Bu güzəşt laboratoriya avadanlıqlarına, həmçinin toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi üçün qurğulara da şamil olunur.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Hökumət başçısının digər qərarı ilə baytarlıq preparatlarının idxalı da ƏDV-dən azad edilib.

Buraya kənd təsərrüfatı heyvanlarının və quşların müalicəsi, profilaktikası və diaqnostikası üçün istifadə edilən dərmanlar daxildir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.