İdman

Mourinyo alman ulduzu “Real”a gətirmək istəyir

16 İyun 2026 14:15
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Almaniya millisinin və "Borussiya Dortmund"un yarımmüdafiəçisi Feliks Nmeçanın oyunundan təsirlənib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  bu barədə "Sky Sport Germany"yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, portuqaliyalı menecer artıq 25 yaşlı oyunçunun vəziyyəti ilə bağlı məlumat istəyib.

"Mançester Yunayted" və "Mançester Siti" Nmeça üçün "Los Blancos"la rəqabət apara bilərlər. Potensial transferin baha başa gələcəyi vurğulanır, lakin oyunçunun müqaviləsində 2027-ci ildə aktivləşdirilə bilən 70 milyon avroluq sərbəst buraxılış bəndi var.

Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 50 milyon avrodur.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.