"İdrak" liseyinin dəbdəbəli məzun gecəsi - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Binəqədi rayonunda yerləşən "İdrak" liseyində keçirilən olduqca dəbdəbəli məzun gecəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Tədbirdən yayılan lüks və təmtəraqlı görüntülər izləyicilərə bir müddət öncə eyni təhsil ocağında yaşanan qanlı hadisəni xatırladıb.
Cinayət işinin kölgəsində keçən şənlik
Xatırladaq ki, cari ilin fevral ayında sözügedən liseydə dəhşətli hadisə qeydə alınmışdı. Məktəbin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus odlu silahı çantasında gizlədərək təhsil müəssisəsinə gətirmiş və sinif otağında riyaziyyat müəllimi Şəhla Kamilovanı boyun nahiyəsindən güllələmişdi. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olsa da, hadisə ölkədə geniş rezonans doğurmuş və məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirmişdi.
Yalnız bir neçə həftə öncə həmin şagird barəsindəki ibtidai istintaq başa çatıb və onun ittihamı ağırlaşdırılaraq "xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd" maddəsinə tövsif edilib.
Milli.Az xəbər verir ki, məhkəmə prosesinin hələ yeni başladığı və cəmiyyətin bu travmanı tam unutmadığı bir vaxtda, lisey rəhbərliyinin və valideynlərin bu cür nümayişkaranə, dəbdəbəli məzun gecəsi təşkil etməsi sosial şəbəkələrdə tənqid atəşinə tutulub. İstifadəçilər illik təhsil haqqı 10 000 - 16 500 manat arasında dəyişən bu bahalı müəssisədə baş verən silahlı insidentdən belə qısa müddət sonra heç bir şey olmamış kimi şənlik edilməsini mənəvi baxımdan qəbulolunmaz hesab ediblər.
Paylaşılan rəylərdə təhsil ocağının hadisədən düzgün nəticə çıxarmaq əvəzinə, lüks görüntülərlə imicini bərpa etməyə çalışdığı iddia olunur.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qəbələdə ev yandı - Yaralanan var
-
"İdrak" liseyinin dəbdəbəli məzun gecəsi - FOTO - VİDEO
-
Məhkəmə Əli Kərimlinin həbs müddətini daha 5 ay uzatdı
-
Qarabağda son bir həftədə nə qədər mina təmizlənib?
-
Şəmkirdə körpə xəstəxanaya aparılarkən yolda öldü
-
Su hövzələrində qanunsuz balıq tutanlar yaxalandı - Sentyabradək qadağandır
XƏBƏR LENTİ
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah paytaxt çimərliklərində dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
-
Baytarlıq preparatları vergidən azad olundu
-
Qəbələdə ev yandı - Yaralanan var
-
"İdrak" liseyinin dəbdəbəli məzun gecəsi - FOTO - VİDEO
-
Bölgələr üzrə pensiyalar iyunun 19-da veriləcək (ÖZƏL)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb - FOTO
-
Tiktoker Arzum: “Bu işdə günahım varsa, yaşadığımı 4 balam yaşasın" - VİDEO
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - FOTO
-
Mourinyo alman ulduzu “Real”a gətirmək istəyir
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb - FOTO
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
-
Lavrovla Fidan görüşdü
-
Svetlana Loboda Moskvadakı malikanəsini 850 milyon rubla satdı - FOTO
-
Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
-
Türkiyədə ard-arda 62 zəlzələ oldu





