Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Almaniyanın Bonn şəhərində "Dənizlərin enən səviyyəsi, çəkilən sahil xətləri, davamlılıq və qapalı su hövzələrinin gələcəyi: Xəzər dənizi nümunəsi" mövzusunda yüksəksəviyyəli panel müzakirələri təşkil olunub.
Milli.Az xəbər verir ki, tədbir iyunun 8-dən 16-dək BMT-nin iqlim sessiyası (June Climate Meetings - SB64) çərçivəsində keçirilib.
IDEA İctimai Birliyinin, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), COP29 Azərbaycan Sədrliyinin və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfdaşlığı ilə təşkil olunan tədbirin açılışında çıxış edən Leyla Əliyevadənizlərin, çayların və göllərin hazırda planetimizin ən həssas ekosistemləri sırasında yer aldığını qeyd edib. O, Xəzər dənizində müşahidə olunan səviyyə enməsi, Xəzər suitiləri və digər canlıların sayında azalma kimi məsələlərə toxunub, bu cür çağırışların həllində bilik, təcrübə və davamlı məsuliyyətə əsaslanan yanaşmanın tətbiqinin vacibliyini vurğulayıb. IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən su hövzələrinin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və "Bir Damcı" layihəsi kimi təşəbbüslər qeyd olunub, bu cür addımların suya həyat və davamlılıq mənbəyi kimi məsuliyyətli münasibətin formalaşmasına xidmət etdiyi bildirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank və COP30-un baş icraçı direktoru Ana Toni tədbirin rəsmi hissəsində çıxış edərək, Xəzər dənizinin səviyyəsinin enməsi və qapalı su hövzələrinin ekoloji dayanıqlılığı ilə bağlı yaranan çağırışların qlobal iqlim gündəliyində diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıblar.
Sonra müzakirələr panel sessiyası formatında davam edib. Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, UNEP-in İqlim dəyişikliyi bölməsinin direktoru Martin Krauze, "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, Qazaxıstanın Xəzər Dənizi üzrə Elmi-Tədqiqat İnstitutu və Finlandiyanın Oulu Universitetinin tədqiqatçısı Aziza Baubekova və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) SPECA MPTF Fondunun rəhbəri Kəmalə Hüseynli Xəzər dənizində suyun səviyyəsinin enməsinin ekoloji, elmi və sosial-iqtisadi təsirləri ətrafında fikir mübadiləsi aparıblar. Panel müzakirələrinin iştirakçıları bu kimi tədbirlərin elmi bilik və təcrübənin paylaşılması, habelə yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımdan mühüm platforma olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.
Panel müzakirələri interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
-
Baytarlıq preparatları vergidən azad olundu
-
Bölgələr üzrə pensiyalar iyunun 19-da veriləcək (ÖZƏL)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb - FOTO
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - FOTO
XƏBƏR LENTİ
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
-
Baytarlıq preparatları vergidən azad olundu
-
Qəbələdə ev yandı - Yaralanan var
-
"İdrak" liseyinin dəbdəbəli məzun gecəsi - FOTO - VİDEO
-
Bölgələr üzrə pensiyalar iyunun 19-da veriləcək (ÖZƏL)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb - FOTO
-
Tiktoker Arzum: “Bu işdə günahım varsa, yaşadığımı 4 balam yaşasın" - VİDEO
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - FOTO
-
Mourinyo alman ulduzu “Real”a gətirmək istəyir
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb - FOTO
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
-
Lavrovla Fidan görüşdü
-
Svetlana Loboda Moskvadakı malikanəsini 850 milyon rubla satdı - FOTO
-
Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
-
Türkiyədə ard-arda 62 zəlzələ oldu
-
Zəngəzur Milli Parkından gözqamaşdıran FOTOlar
-
Elgiz İlhamə Quliyeva ilə son FOTOsunu yaydı
-
Sabah paytaxtda və rayonlarda neçə dərəcə isti olacaq?





