"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Almaniya millisinin və "Borussiya Dortmund"un yarımmüdafiəçisi Feliks Nmeçanın oyunundan təsirlənib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə "Sky Sport Germany"yə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, portuqaliyalı menecer artıq 25 yaşlı oyunçunun vəziyyəti ilə bağlı məlumat istəyib.
"Mançester Yunayted" və "Mançester Siti" Nmeça üçün "Los Blancos"la rəqabət apara bilərlər. Potensial transferin baha başa gələcəyi vurğulanır, lakin oyunçunun müqaviləsində 2027-ci ildə aktivləşdirilə bilən 70 milyon avroluq sərbəst buraxılış bəndi var.
Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 50 milyon avrodur.