Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə paytaxtda "Milli Xalq Oyunları" Festivalı keçirilib.
Milli.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin elan etdiyi "Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil" layihəsində məqsəd təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək, bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmağa nail olmaq məqsədi ilə keçirilən layihədə Bakı, Ağdam, Xankəndi və Mingəçevir şəhərlərinin hər birindən 2 məktəb iştirak edib.
Layihənin ilk mərhələsində qeyd edilən şəhərləri təmsil edən ümumilikdə 24 müəllim üçün Təlimçilərin Təlimi proqramını əhatə edən düşərgə təşkil olunub. Təlimləri uğurla başa vuran müəllimlər sonrakı mərhələdə əldə etdikləri bilik və təcrübəni şagirdlərlə bölüşərək məktəblərdə müxtəlif maarifləndirici sessiyalar keçiriblər. Layihəyə həmçinin iştirakçı məktəblərin 120 şagirdi də cəlb olunub.
Paytaxtımızın gözəl məkanlarından olan Rixard Zorge adına parkda təşkil edilən və milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan "Milli Xalq Oyunları" Festivalında iştirakçı müəllim və şagirdlər, həmçinin onun həyata keçirilməsinə dəstək və köməklik göstərən Bakı Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyinin məsul şəxsləri, Azərbaycan Rəssamlıq Akademiyası, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, İMEK - Beynəlxalq Musiqi Tədris Mərkəzi, Azərsun Holdinq iştirak ediblər.
Festival çərçivəsində layihə üzrə əldə olunan nəticələr təqdim edilib, iştirakçılar üçün müxtəlif milli oyunlar və interaktiv fəaliyyətlər təşkil olunub. Belə ki, Festivalda qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və digər idman oyunları keçirilib. Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər. Festival boyunca Dj iştirakçıları əyləndirib, Fase art, köpük şou, animatorların çıxışları, gənc müğənnilər Aysu Sadıqzadə, Aylin Səlimova, Dəniz Hüseynzadə və Safiya Allahverdiyeva ifaları ilə iştirakçıları şənləndiriblər.
Sonda layihədə aktiv iştirak edən 6 müəllim mükafatlandırılıb, layihəyə cəlb olunan 120 şagirdə sertifikatlar verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar
-
ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir - (Video)
-
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - (Foto)
-
Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi - Qərar
-
BDYPİ piyadalara müraciət etdi: Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin - (Video)
-
Bu gündən rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb seçimi və müsabiqə başlayır
XƏBƏR LENTİ
-
Floyd Meyvezerə qarşı ittihamlar irəli sürüldü
-
Türk aktrisa "Qalatasaray"lı sevgilisini Denizlə əvəzlədi - FOTO
-
Cəlal Hüseynov "Arda"dan Rumıniya klubuna keçdi
-
65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar
-
ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir - (Video)
-
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - (Foto)
-
Mikrofon açıq qaldı, Zelenski ilə Makronun söhbəti ifşa oldu - (Video)
-
Bakıda 35, rayonlarda 36 dərəcə isti olacaq
-
"TikTok"dakı ölümcül trend 15 yaşlı qızın həyatına son qoydu - (Foto)
-
Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi - Qərar
-
Müəllimindən Putinə məsləhət: " Xalqa daha yaxın ol" - (Foto)
-
BDYPİ piyadalara müraciət etdi: Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Bu gündən rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb seçimi və müsabiqə başlayır
-
Azərbaycanda razılıq olmadan məcburi psixiatriya müayinəsinə prokuror qərar verə biləcək
-
Rəhman Rəhmanovun birinci xanımı: "4 uşaqla tək qaldım" - (Video)
-
"Prius"un yük yerində adam qaçıran qardaşlar Bakıda həbs olundu
-
Kıvanç Tatlıtuğ 80 milyonluq qayığını təcili satışa çıxarır - (Foto)
-
FHN Şahbuzda tank əleyhinə qumbaraatan mühərriki taparaq zərərsizləşdirdi - (Video)
-
Türkiyədə süni bulud yaradıb yağış yağdırırlar - İddia - (Video)
-
Bakıda 9-cu sinif şagirdi qəfil vəfat etdi
-
Kıvanç Tatlıtuğ jurnalistə əsəbiləşdi - (Video)
-
Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək
-
Bakıda üzərinə kerosin tökülən 41 yaşlı şəxs xəstəxanada dünyasını dəyişdi





