Xərc yox, gəlir yüksək: Təqaüdçü müəllimin hobbisi qazana çevrildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Düzcə şəhərində yaşayan 62 yaşlı təqaüdçü müəllim Səfa Konca 5 il əvvəl başladığı ipək qurdu yetişdiriciliyini dövlət dəstəyi ilə böyüdüb. Həyat yoldaşı ilə birlikdə istehsalla məşğul olan S.Konca ildə təxminən 200 kiloqram barama əldə etdiklərini bildirərək gəncləri bu sahəyə yönəlməyə çağırıb.
Milli.Az xəbər verir ki, xaricdə 5 il, Düzcədəki müxtəlif məktəblərdə isə 25 il ibtidai sinif müəllimi işlədikdən sonra təqaüdə çıxan Səfa Konca hobi olaraq başladığı ipək qurdu bəsləməyi zamanla inkişaf etdirib. Qısa müddətdə istehsal prosesini öyrənən S.Konca həyat yoldaşı Ayşə Koncanın dəstəyi ilə yetişdirdiyi baramalardan əlavə gəlir qazanmağa başlayıb.
Kənd təsərrüfatı və Meşəçilik İdarəsinin təqdim etdiyi müxtəlif sahibkarlıq dəstəklərindən yararlanan S.Konca may və iyun aylarında evinin qarşısında qurduğu 15 kvadratmetrlik sahədə ipək qurdu yetişdirir. Mövsüm ərzində təxminən 200 kiloqram barama əldə edən təqaüdçü müəllim bu işin qazanclı bir məşğuliyyət olduğunu qeyd edərək marağı olan hər kəsə istehsalla məşğul olmağı tövsiyə edib.
Dövlət dəstəyi proqramlarını öyrəndikdən sonra bu sahəyə addım atdığını deyən S.Konca prosesi belə izah edib: "Qurdları bir ay tut ağacının yarpağı ilə bəsləyirəm. Son 10 gündə barama hörürlər və bütün işimiz 40 gündə tamamlanır. İş yüngüldür, amma ciddi diqqət istəyir. İnsan kimi gündə üç öyün yemək verirsən. Yetişdirmək çox əyləncəlidir".
İpək qurdu bəsləməyi əvvəlki peşəsinə bənzədən Səfa müəllim sözlərinə belə davam edib: "Dövlət qurdların yumurtasını pulsuz göndərir, biz isə sadəcə baxırıq. Heç bir maliyyə xərci yoxdur, sadəcə əmək tələb olunur. İpək qurdu yetişdirməyi uşaqlarla əlaqələndirirəm. Sanki məktəbdəki fəaliyyətimi hələ də davam etdirirəmmiş kimi hiss edirəm. Üstəlik, dövlət baramanı topladıqdan sonra bizdən özü satın alır və pulu birbaşa bank hesabımıza köçürür. Yəni məhsulu harada satacam deyə bir problemimiz yoxdur".
S.Konca bu işdə təmizliyin əsas şərt olduğunu, ipək qurdlarının siqaret, alkoqol və ətir kimi qoxulardan dərhal təsirlənib xəstələndiklərini vurğulayıb. İpək qurdu yetişdiriciliyinin ildə yalnız bir dəfə müəyyən dövrdə baş tutduğunu xatırladan təqaüdçü müəllim fikrini belə tamamlayıb: "İş may ayında başlayır, iyunun 10-15-i kimi bitir. Gənclər bu işə rahatlıqla əl ata bilərlər. Qonşularımız, gənclər məndən bu işi necə qurmağı soruşurlar. Qulluq etmək üçün böyük investisiyaya ehtiyac yoxdur".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xərc yox, gəlir yüksək: Təqaüdçü müəllimin hobbisi qazana çevrildi - FOTO
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
XƏBƏR LENTİ
-
Xərc yox, gəlir yüksək: Təqaüdçü müəllimin hobbisi qazana çevrildi - FOTO
-
"Həyat yoldaşım çox danışmağa qoymur"
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO
-
“Yarqunat”la Dağların toyu oldu - VİDEO
-
Bəzi sürücülər kəmər taxmaya bilər





