“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uelsin "The New Saints" (TNS) klubu UEFA Çempionlar Liqasının 1-ci mərhələsində Azərbaycan çempionu "Sabah"ın rəqibi olub.
Milli.Az xəbər verir ki, TNS Uels futbolunun ən uğurlu klublarından biridir. Onlar Uels Premyer Liqasının rekordçusudur və 18 çempionluq qazanıblar.
Klub 1959-cu ildə yaradılıb, ev oyunlarını İngiltərənin Osvestri şəhərində yerləşən "Park Hall" stadionunda keçirir. Maraqlıdır ki, komanda Uels çempionatında çıxış etsə də, bazası faktiki olaraq İngiltərə ərazisində yerləşir.
"Müqəddəslər" ləqəbli klubun baş məşqçisi (2022-ci ildən) 48 yaşlı Craig Harrisondur.
Avrokuboklarda TNS son illərdə daha çox diqqət çəkib. Klub 2024/25 mövsümündə UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlməklə Uels futbolu tarixində buna nail olan ilk komanda olub. Komanda Liqa mərhələsini 32-ci yerdə başa vurub. 2025/26 mövsümündə də TNS Uels çempionu olub və ölkə futbolunda dominantlığını davam etdirib.
Komandanın ümumi transfer dəyəri təxminən 2,1-2,5 milyon avro arasındadır. Heyətdə əsasən İngiltərə, Uels və Şimali İrlandiyadan olan futbolçular çıxış edir. Əcnəbilərin payı 60 faizdən çoxdur.
Ən tanınmış futbolçuları Dominic Corness (mərkəz yarımmüdafiəçi) - heyətin ən dəyərli oyunçularından biridir. Jordan Williams komandanın əsas qol təhlükələrindən sayılır. Ben Wilson son mövsümdə hücum xəttində önəmli rol oynayıb. Ryan Brobbel həm qol, həm də məhsuldar ötürmələri ilə seçilir.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. "Sabah"ın ilk oyunu evdə olacaq. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ"ın yeni transferi - Samuel Lobato
-
“Qarabağ”ın rəqibi 1.4 milyonluq “Vestri” oldu - Avrokuboklarda ilk oyun
-
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
-
"Qarabağ"ın rəqibi bəlli oldu - Yenilənib
-
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
-
"Sabah"ın ÇL-də rəqibi bəlli oldu - YENİLƏNİB
XƏBƏR LENTİ
-
Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO
-
Goradildəki mərkəzdə müəmmalı ölüm: Sakinlər nələrdən şikayət edirlər?
-
"Qarabağ"ın yeni transferi - Samuel Lobato
-
“Qarabağ”ın rəqibi 1.4 milyonluq “Vestri” oldu - Avrokuboklarda ilk oyun
-
Azadə Vəliyeva vəfat etdi
-
Kürdəmirdə maşınlar aşdı - xəsarət alanlar var
-
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
-
"Qarabağ"ın rəqibi bəlli oldu - Yenilənib
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
Murat Ekrem kobud səhvlərinə görə işdən çıxarıldı
-
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
-
Bakıda qadın kişini küçədə döydü - Polis işə qarışdı - VİDEO
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
"Sabah"ın ÇL-də rəqibi bəlli oldu - YENİLƏNİB
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
-
TRT 1-in canlı efirində böyük səhv: Şərhçi Dünya Kubokunun matçında komandaları səhv saldı
-
Nizami rayonunda polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri yaxalandı
-
Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinə dair parlament komissiyasının rəsmi bəyanatı
-
"Moskvada Putinlə görüşə getməyəcəm" - Zelenski
-
İyunun 19-da parlamentdə 2025-ci ilin dövlət büdcəsinin icrası müzakirə ediləcək
-
DİM peşə tanınması imtahanı keçirdi: 145 nəfərdən cəmi 16-sı keçid balını topladı
-
Aysel: "4 gün ağrıkəsicilər içdim, çox ağrılı keçirdim"
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq





