Hadisə, Kriminal

Nizami rayonunda polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri yaxalandı

16 İyun 2026 17:45
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan xanım tanışı A.Əbilzadə saxlanılıblar.

Onların sərnişin kimi istifadə etdikləri avtomobildən 9.915 kiloqram marixuana, ümumilikdə iki kiloqram heroin və metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.