Hadisə, Kriminal

Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu

16 İyun 2026 17:02
Baxış: 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu və Sumqayıt şəhərində silsilə oğurluq əməllərində şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Milli.Az xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində 6 avtomobildən pul və digər qiymətli əşyaların oğurlanması faktı üzrə aparılan araşdırmalar zamanı əvvəllər məhkum olunmuş E.Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Bundan başqa, Sumqayıt şəhərində bir neçə velosiped oğurluğunda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı C.Quliyev də polis əməkdaşları tərəfindən tutulub.

Məlumata görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.