Cəmiyyət

DİM peşə tanınması imtahanı keçirdi: 145 nəfərdən cəmi 16-sı keçid balını topladı

16 İyun 2026 17:23
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 16-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib.

Milli.Az xəbər verir ki, DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlayıb və 1 saat davam edib.

Məlumata görə, imtahan Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiqlənmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq keçirilib. Qaydalara əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil alan şəxslərin kvalifikasiyalarının tanınması üçün bu imtahandan uğurla keçməsi tələb olunur.

İmtahanda iştirak üçün qeydiyyatdan keçmiş 145 nəfərdən 30-u imtahana qatılmayıb. İştirak edən namizədlərdən 16 nəfər keçid balını toplayaraq müvəffəqiyyət əldə edib.

Qeyd olunub ki, iştirakçılar imtahanı başa vurduqdan dərhal sonra nəticələri ilə tanış ola biliblər. Nəticələr yaxın zamanda DİM-in rəsmi internet səhifəsində də yerləşdiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.