İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan kino və teatr sənətinin tanınmış nümayəndəsi, Xalq artisti Tofiq Mirzəyevin 94 yaşı tamam olur.
Milli.Az xəbər verir ki, "Qafqazinfo" olaraq hazırda İsraildə yaşayan sənətkarla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bu işdə bizə köməyini göstərdi.
Onun verdiyi məlumata görə, Tofiq Mirzəyev səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanada müalicə alır. Bu baxımdan 94-cü doğum gününü tibb müəssisəsində qarşılayır. İki həftə öncə xəstəxanaya yerləşdirilən sənətkarın vəziyyəti stabildir. Yaxın zamanda evə buraxılması gözlənilir.
1932-ci il iyunun 16-sı Gədəbəydə anadan olan sənətkarın anası Bella İlyişina yəhudiəsilli olsa da, ailə uzun illər Azərbaycanda yaşayıb. Müharibə illərində ailəsi ilə birlikdə Gədəbəydə yaşayan Tofiq Mirzəyev hələ 12-13 yaşlarından klarnet ifaçılığı üzrə musiqi təhsili almağa başlayıb.
Orta məktəbi bitirdikdən sonra Moskvada Konservatoriyanın nəzdində fəaliyyət göstərən filarmoniya məktəbində, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasının klarnet şöbəsində təhsil alıb. Onun istedadını yüksək qiymətləndirən görkəmli dirijor Niyazi gənc musiqiçini Dövlət Simfonik Orkestrinə dəvət edib. Tofiq Mirzəyev uzun müddət orkestrin tərkibində Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, eyni zamanda klassik musiqi ilə yanaşı, caza da böyük maraq göstərib.
Yəni o, yaradıcılıq fəaliyyətinə aktyor kimi deyil, musiqiçi kimi başlayıb. Uzun illər klarnet ifaçısı kimi fəaliyyət göstərsə də, 1960-cı ildə səhhətində yaranan ciddi problemlər səbəbindən ağır xəstələnib. Həkimlərin qəti qadağasından sonra musiqi fəaliyyətini dayandırmağa məcbur qalan T.Mirzəyev taleyini kinoya bağlayıb.
Onun kinoda ilk işi rejissor Arif Babayevin "Uşaqlığın son gecəsi" filmi olub. Filmdə yaratdığı Rüfət obrazı aktyora böyük tamaşaçı sevgisi qazandırıb. Bundan sonra Tofiq Mirzəyev 35-dən çox filmdə rol alıb. O, yalnız "Azərbaycanfilm" kinostudiyasında deyil, həmçinin "Mosfilm" və Dovjenko adına kinostudiyada da çalışıb. Sənətkar "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.
Tofiq Mirzəyev rejissor kimi də məhsuldar fəaliyyət göstərib. O, Fikrət Əmirov, Nazim Rzayev, Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında portret filmlər və televiziya proqramları hazırlayıb.
Sənətkar məşhur "Qaya" vokal qrupunun yaradıcılarından və solistlərindən biri olmuş Teymur Mirzəyevin qardaşıdır. O, həmçinin Xalq yazıçısı Anarın ailəsinə qohumluq əlaqələri ilə bağlı olub. Tofiq Mirzəyev Anarın həyat yoldaşı Zemfira xanımın bacısı, tanınmış kinoşünas Elmira Səfərovanın həyat yoldaşı idi.
Xanımı Elmira Səfərovanın vəfatı Tofiq Mirzəyevin həyatında ağır iz buraxıb. Bu itkidən sonra o, Bakını tərk edərək İsrailə köçüb və uzun illərdir həmin ölkədə yaşayır. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür. Teymur adlı bir oğlu var.
2022-ci ildə sənətkarın 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyev iki sərəncam imzalayıb. Həmin sərəncamlarla sənətçiyə "Xalq artisti" fəxri adı verilib, "Şöhrət" ordeni ilə təltif edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
XƏBƏR LENTİ
-
Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO
-
Goradildəki mərkəzdə müəmmalı ölüm: Sakinlər nələrdən şikayət edirlər?
-
"Qarabağ"ın yeni transferi - Samuel Lobato
-
“Qarabağ”ın rəqibi 1.4 milyonluq “Vestri” oldu - Avrokuboklarda ilk oyun
-
Azadə Vəliyeva vəfat etdi
-
Kürdəmirdə maşınlar aşdı - xəsarət alanlar var
-
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
-
"Qarabağ"ın rəqibi bəlli oldu - Yenilənib
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
Murat Ekrem kobud səhvlərinə görə işdən çıxarıldı
-
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
-
Bakıda qadın kişini küçədə döydü - Polis işə qarışdı - VİDEO
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
"Sabah"ın ÇL-də rəqibi bəlli oldu - YENİLƏNİB
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
-
TRT 1-in canlı efirində böyük səhv: Şərhçi Dünya Kubokunun matçında komandaları səhv saldı
-
Nizami rayonunda polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri yaxalandı
-
Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinə dair parlament komissiyasının rəsmi bəyanatı
-
"Moskvada Putinlə görüşə getməyəcəm" - Zelenski
-
İyunun 19-da parlamentdə 2025-ci ilin dövlət büdcəsinin icrası müzakirə ediləcək
-
DİM peşə tanınması imtahanı keçirdi: 145 nəfərdən cəmi 16-sı keçid balını topladı
-
Aysel: "4 gün ağrıkəsicilər içdim, çox ağrılı keçirdim"
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq





