“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq

16 İyun 2026 19:24

Uelsin "The New Saints" (TNS) klubu UEFA Çempionlar Liqasının 1-ci mərhələsində Azərbaycan çempionu "Sabah"ın rəqibi olub.

Milli.Az xəbər verir ki, TNS Uels futbolunun ən uğurlu klublarından biridir. Onlar Uels Premyer Liqasının rekordçusudur və 18 çempionluq qazanıblar.

Klub 1959-cu ildə yaradılıb, ev oyunlarını İngiltərənin Osvestri şəhərində yerləşən "Park Hall" stadionunda keçirir. Maraqlıdır ki, komanda Uels çempionatında çıxış etsə də, bazası faktiki olaraq İngiltərə ərazisində yerləşir.  

"Müqəddəslər" ləqəbli klubun baş məşqçisi (2022-ci ildən) 48 yaşlı Craig Harrisondur.

Avrokuboklarda TNS son illərdə daha çox diqqət çəkib. Klub 2024/25 mövsümündə UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlməklə Uels futbolu tarixində buna nail olan ilk komanda olub. Komanda Liqa mərhələsini 32-ci yerdə başa vurub. 2025/26 mövsümündə də TNS Uels çempionu olub və ölkə futbolunda dominantlığını davam etdirib.  

Komandanın ümumi transfer dəyəri təxminən 2,1-2,5 milyon avro arasındadır.  Heyətdə əsasən İngiltərə, Uels və Şimali İrlandiyadan olan futbolçular çıxış edir. Əcnəbilərin payı 60 faizdən çoxdur.  

Ən tanınmış futbolçuları Dominic Corness (mərkəz yarımmüdafiəçi) - heyətin ən dəyərli oyunçularından biridir.  Jordan Williams komandanın əsas qol təhlükələrindən sayılır. Ben Wilson son mövsümdə hücum xəttində önəmli rol oynayıb. Ryan Brobbel həm qol, həm də məhsuldar ötürmələri ilə seçilir.  

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. "Sabah"ın ilk oyunu evdə olacaq. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)