İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
İsveçrənin vitse-prezidenti İqnatsio Kassis İsveçrə parlamentində təxribat xarakterli sual verən erməni revanşist Erik Fontobelə yerini göstərib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iyunun 15-də İsveçrə parlamentində keçirilən "Hökumətə suallar saatı" (Fragestunde) çərçivəsində erməni revanşistlərinin lobbiçisi olan deputat Erik Fontobel İsveçrənin vitse-prezidenti və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassisə "Dağlıq Qarabağ üçün Sülh Forumu" adlı təşəbbüsünün hazırkı vəziyyəti ilə bağlı sual ünvanlayıb.
Kassis suala cavabında bildirib ki, nə Azərbaycan, nə də Ermənistan tərəfi bu forumun təşkilini əvvəldən məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, bu mövqe cari ilin aprel ayında hər iki ölkə ilə aparılmış siyasi məsləhətləşmələr zamanı da təsdiqlənib.
O, həmçinin qeyd edib ki, İsveçrə tərəfi "Dağlıq Qarabağ"ı dövlət qurumu kimi tanımır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Buna baxmayaraq, Fontobel bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ilə bağlı vahid mövqe nümayiş etdirsələr də, münaqişədən birbaşa təsirlənmiş şəxslərin, yəni Qarabağ bölgəsini könüllü şəkildə tərk etmiş erməni əsilli şəxslərin sülh prosesinə cəlb olunması vacibdir.
İ.Kassis vurğulayıb ki, İsveçrə beynəlxalq münasibətlər çərçivəsində yalnız suveren dövlətlərlə rəsmi əlaqələr saxlayır. O qeyd edib ki, üçüncü tərəflərlə birbaşa siyasi münasibətlərin qurulması digər dövlətlərin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da İsveçrənin maraqlarına uyğun deyil.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Bərdədə yeniyetmənin törətdiyi ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib (Foto)
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)





