Hadisə

Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO

17 İyun 2026 01:05
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən "Xocəsən gölü"nün həcmi artaraq daşıb.

Milli.Az xəbər verir ki, nəticədə gölün ətrafında yerləşən bir sıra evlər və həyətlər suya qərq olub.

Sakinlər iddia edirlər ki, "Xocəsən gölü"nün qabağı tutulduğundan, yağış suları gölün səviyyəsini artırır.

"2-3 aydır əziyyət çəkirik. Haraya da zəng edirik gəlib baxan yoxdur. Uşaqlar xəstəlik tapıblar. Heyvanlarım çirkab suyun içində qalıblar.

Məsələ ilə bağlı Xocəsən Bələdiyyəsindən bildirilib ki, gölün suyunun səviyyəsinin artma səbəbi Lökbatan gölü istiqamətinda axan xəttin həcminin kiçik olmasıdır. Bu səbəbdən də suyu tam ötürə bilmir.

Məsələnin köklü sürətdə həll olunması üçün isə, dövlət su Ehtiyyatlları Agentliyinin müvafiq qurumları Şıxov istiqamətinə yeraltı tunal vasitəsi ilə kanalizasiya xətti çəkirlər. Sahil qəsəbəsi ərazisində təmizləyici qurğu quraşdırılır. Bu qurğular vasitəsi ilə "Xocəsən gölü" və "Lökbatan gölü" nün çirkab suyu təmizlənərək, Xəzər dənizinə töküləcək. Xocəsən ərazisində aparılan tikintinin isə gölə heç bir aidiyyatı olmadığı bildirildi.

Daha ətraflı "Xəzər TV"nin süjetində:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.