Ölkə

"İçən adam idi, çox vaxt aptek spirti içirdi"

16 İyun 2026 23:36
Baxış: 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, Ağstafa rayonunda yanmış meyit tapılıb.

Milli.Az xəbər verir ki, mərhumun yaxınının sözlərinə görə, Elman Əliyev spirtli içki qəbul etdiyi üçün bəzən bağda və ya evin zirzəmisində gecələyirmiş.

"İçən adam idi. Çox vaxt aptek spirti içirdi. Siqaret çəkib, ehtimal ki, sərxoş vəziyyətdə olub. Külü yerə düşdüyündən yanğın baş verib, bunu hiss etməyib və tüstüdən boğularaq ölüb", - deyə mərhumun yaxını bildirib.

Qardaşı isə bildirib ki, o, evə gələndə qapı bağlı olub:

"Həyətə girdim qoxu gəlirdi. Gördüm yuxarıda heç nə yoxdu. Aşağı düşüb qapını açanda gördüm ki, canını tapşırıb. Hardasa təqribən 4-5 gün olar" -, deyə əlavə edib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb. (baku.tv)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.