Fərhad Mehdiyev qızının ölümündən yazdı: "Əsas səbəbkar yolun solunda dayanan maşın idi'
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış hüquqşünas Fərhad Mehdiyev qızı Zəhranın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı ürəkdağlayan paylaşım edib.
Milli.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında övlad itkisi ilə yaşadığı ağrını bölüşərək bildirib ki, qızı artıq həyatda yoxdur və bu həqiqəti qəbul etmək onun üçün son dərəcə çətindir:
"Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur.
Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.
Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsa belə, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrılıqda keçiririk.
Bu yazının altında "Allah rəhmət eləsin" də yazmayın. O deyil.
Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik.
Səni çox istəyirəm, Zəhra, gedişinin ağrısı uzun çəkəcək" .
Qeyd edək ki, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet "Mersedes" markalı avtomobillə toqquşub.Hadisə nəticəsində Zəhra Mehdiyeva həlak olub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda evində təmir işləri görən 62 yaşlı sakini elektrik cərəyanı vuraraq öldürdü
-
Böyükşor yolunda zəncirvari qəza: Yük maşını aşdı, su qabları yola səpələndi
-
Pirəkəşküldə partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq
-
Fərhad Mehdiyev qızının ölümündən yazdı: "Əsas səbəbkar yolun solunda dayanan maşın idi'
-
Bloqer Nərminin bacısı ölümü ilə 6 nəfərə həyat verdi - (Foto)
-
Fərhad Mehdiyevin ağır qəzada həlak olan qızı Aybəniz Mehdiyevanın fotosu yayılıb
XƏBƏR LENTİ
-
“Şaxtyor” “Çelsi” və “Nyukasl”ı qabaqlayıb
-
Avtomobil idxalı 40% azaldı: Maşınlar bahalaşacaq?
-
Bakıda evində təmir işləri görən 62 yaşlı sakini elektrik cərəyanı vuraraq öldürdü
-
Böyükşor yolunda zəncirvari qəza: Yük maşını aşdı, su qabları yola səpələndi
-
Habil Qasımov vəfat etdi - FOTO
-
Ərdoğanın məsləhətinə qulaq asdı: İtaliya Baş naziri Meloni siqareti tərgitdi - FOTO
-
Müəllimlərin sertifikatlaşdırılmasında ilk: Bu il 3 yeni fənn üzrə imtahan olacaq
-
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO
-
Təbii qaz bahalaşdı: Qiymət 3.25 dollara yüksəldi
-
Aysel Əlizadə: "Rəşadın səsi yoxdur, heç eşitməmişəm..."
-
Pirəkəşküldə partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq
-
Messidən tarixi het-trik: Dünya çempionatlarında qol sayına görə Klozeyə çatdı
-
Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
-
Fərhad Mehdiyev qızının ölümündən yazdı: "Əsas səbəbkar yolun solunda dayanan maşın idi'
-
Fərhad Mehdiyevin qızının vəfat etdiyi qəza anının videogörüntüləri yayılıb - YENİLƏNİB
-
Bloqer Nərminin bacısı ölümü ilə 6 nəfərə həyat verdi - (Foto)
-
Fərhad Mehdiyevin ağır qəzada həlak olan qızı Aybəniz Mehdiyevanın fotosu yayılıb
-
AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı
-
Əməkdar artist: "Ərimin üzünü nişanlanandan 4 ay sonra gördüm"
-
Cəbrayılın Şükürbəyli kəndinə daha 196 sakin köçürüldü
-
Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü
-
Jurnalistlərin etik davranış qaydaları dəyişir
-
DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı - VİDEO
-
Sürücülərin çoxu bilmir: Motosikletin sükanına sarı əski bağlanıbsa, diqqətli olun





