Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.
ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Milli.Az-a verilən məlumata görə, suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 m3 suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 m3 suya görə 4 manat, yeraltı sulardan götürülən 100 m3 suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 m3 tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 m3 tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Nəzərinizə çatdırırıq ki, bu və digər ödənişlər barədə daha ətraflı məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri" qanunvericilik aktından əldə etmək mümkündür.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı öncəliklə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir. Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və 2026-cı ilin 1 sentyabr tarixindən su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması proseduru Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" ilə müəyyən edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin, həmçinin su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazənin forması ilə bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
1.https://e-qanun.az/framework/61055
2.https://e-qanun.az/framework/61660
Fürsətdən istifadə edib, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edənləri sudan istifadə zamanı israfçılığa yol verilməməsinə, istifadə olunan suların uçotunun aparılmasına, su qanunvericiliyinin tələblərinə riayət edilməsinə dəvət edirik.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda pulsuz çimərlikdə istirahət neçəyə başa gəlir? -
-
Avtomobil idxalı 40% azaldı: Maşınlar bahalaşacaq?
-
Müəllimlərin sertifikatlaşdırılmasında ilk: Bu il 3 yeni fənn üzrə imtahan olacaq
-
Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
-
Fərhad Mehdiyevin qızının vəfat etdiyi qəza anının videogörüntüləri yayılıb - YENİLƏNİB
-
Bloqer Nərminin bacısı ölümü ilə 6 nəfərə həyat verdi - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda pulsuz çimərlikdə istirahət neçəyə başa gəlir? -
-
“Şaxtyor” “Çelsi” və “Nyukasl”ı qabaqlayıb
-
Avtomobil idxalı 40% azaldı: Maşınlar bahalaşacaq?
-
Bakıda evində təmir işləri görən 62 yaşlı sakini elektrik cərəyanı vuraraq öldürdü
-
Böyükşor yolunda zəncirvari qəza: Yük maşını aşdı, su qabları yola səpələndi
-
Habil Qasımov vəfat etdi - FOTO
-
Ərdoğanın məsləhətinə qulaq asdı: İtaliya Baş naziri Meloni siqareti tərgitdi - FOTO
-
Müəllimlərin sertifikatlaşdırılmasında ilk: Bu il 3 yeni fənn üzrə imtahan olacaq
-
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - (FOTO)
-
Təbii qaz bahalaşdı: Qiymət 3.25 dollara yüksəldi
-
Aysel Əlizadə: "Rəşadın səsi yoxdur, heç eşitməmişəm..."
-
Pirəkəşküldə partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq
-
Messidən tarixi het-trik: Dünya çempionatlarında qol sayına görə Klozeyə çatdı
-
Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
-
Fərhad Mehdiyev qızının ölümündən yazdı: "Əsas səbəbkar yolun solunda dayanan maşın idi'
-
Fərhad Mehdiyevin qızının vəfat etdiyi qəza anının videogörüntüləri yayılıb - YENİLƏNİB
-
Bloqer Nərminin bacısı ölümü ilə 6 nəfərə həyat verdi - (Foto)
-
Fərhad Mehdiyevin ağır qəzada həlak olan qızı Aybəniz Mehdiyevanın fotosu yayılıb
-
AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı
-
Əməkdar artist: "Ərimin üzünü nişanlanandan 4 ay sonra gördüm"
-
Cəbrayılın Şükürbəyli kəndinə daha 196 sakin köçürüldü
-
Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü
-
Jurnalistlərin etik davranış qaydaları dəyişir
-
DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı - VİDEO





