Cəmiyyət

Cəbrayılın Şükürbəyli kəndinə daha 196 sakin köçürüldü

17 İyun 2026 09:34
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib.

Milli.Az xəbər verir ki, kəndə köçürülən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərdir.

Bu mərhələdə Şükürbəyli kəndinə ümumilikdə 45 ailə, yəni 196 nəfər sakin yola salınıb.

Doğma torpaqlarına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Onlar eyni zamanda ərazilərin azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını bildirib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.