“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynanın infrastruktur obyektlərinə qarşı zərbələri daha da artırmaq niyyətində olduğunu bəyan edib.
Milli.Az xəbər verir ki, Rusiya lideri bu barədə Kremldə "xüsusi hərbi əməliyyat" iştirakçıları ilə keçirdiyi görüşdə danışıb.
Rusiya lideri Ukrayna Silahlı Qüvvələrinin son vaxtlar Rusiya ərazilərinə etdiyi hücumların ölkə iqtisadiyyatına müəyyən ziyan vurduğunu etiraf etsə də, bərpa işlərinin sürətlə həyata keçirildiyini vurğulayıb.
O, Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərini davamlı olaraq gücləndirdiyini və bu istiqamətdə işlərin qətiyyətlə davam etdiriləcəyini bildirib:
"Biz Ukraynanın infrastrukturuna endirilən zərbələrin intensivliyini artıracağıq. Bununla yanaşı, daxildə təhlükəsizliyi təmin etmək üçün HHM sistemlərimizin imkanlarını daha da genişləndiririk".
Putin həmçinin Rusiyanın hərbi sahədə yeni bir texnoloji addım atdığını da diqqətə çatdırıb:
"Ölkədə dünyada analoqu olmayan perspektivli ağır pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini təmin etmək üçün unikal peyk qruplaşmasının yaradılmasına başlanılıb. Bu orbital infrastruktur yerüstü şəbəkənin tamamilə olmadığı ən ucqar nöqtələrdə belə dronları böyük məsafələrdən kəsintisiz rabitə və naviqasiya ilə idarə etməyə imkan verəcək".
Xatırladaq ki, bundan əvvəl Rusiya ordusunun son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin infrastrukturuna yönəlik 7 irimiqyaslı zərbə endirdiyi barədə məlumat yayılmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya son bir həftədə Ukraynanın 5 minə yaxın dronunu vurdu
-
Məşhur “Babayevski” brendinin adının azərbaycanlı ilə bağlı olduğunu bilirdiniz? - (Video)
-
Semyon Slepakov axtarışa verildi
-
Rusiya Baltikyanı ölkələri xəbərdar edib
-
Moskvada idmançı qadını 4-cü mərtəbədən atdılar (Foto)
-
Azərbaycan Rusiyaya nota verdi
XƏBƏR LENTİ
-
Masallıda atdan yıxılan kişi öldü
-
Sabah 38 dərəcə isti olacaq
-
“Azeri Light” nefti ucuzlaşdı
-
"Netflix" yeni yayımlara hazırlaşır
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
-
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
-
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
FHN həftəsonu çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Ucarda yeniyetmə kanalda batdı
-
Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
-
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
-
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinin son iki oyunu keçiriləcək
-
Polis son sutkada 83 axtarışda olan şəxsi saxladı
-
Dünya bazarında neft ucuzlaşdı
-
Rusiya Kiyevə hava zərbələri endirdi: Yaralananlar var
-
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini ötdü
-
Türkiyədə bələdiyyədə əməliyyat: Çox sayda şəxs saxlanıldı
-
Qazaxda yol qəzası: 3 nəfər xəsarət aldı
-
“Rihanna dördüncü dəfə ana olacaq”
-
Niyə amerikalılar yumurtanı soyuducuda saxlayır, avropalılar isə yox?





