Məşhur repçiyə qarşı sui-qəsd planı: 7 nəfər həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbulda baş vermiş qəsdən od vurma və silahlı hücum hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 7 şübhəlinin mobil telefonlarında diqqətçəkən yazışmalar aşkarlanıb.
Milli.Az yerli KİV-ə istinadla xəbər verir ki, istintaq materiallarına əsasən, şübhəlilər sosial şəbəkədə "Blok" adlı qrup yaradıblar. Həmin qrupda repçi Blok3 ləqəbi ilə tanınan Hakan Aydının qaldığı otel, istifadə etdiyi avtomobillər və yerləşdiyi məkan barədə məlumatlar paylaşılıb. Hüquq-mühafizə orqanları bu yazışmaların sənətçiyə qarşı mümkün hücum hazırlığına işarə etdiyini ehtimal edir.
Araşdırma zamanı müəyyən edilib ki, təxminən bir ay əvvəl İstanbulun Beşiktaş rayonunda baş verən qəsdən od vurma hadisəsi və Beylikdüzündə qeydə alınan silahlı hücum eyni şəxslər tərəfindən törədilib. Müşahidələrdən sonra şübhəlilərin Bodruma getdiyi müəyyənləşdirilib.
İstanbul və Muğla polisinin birgə keçirdiyi birgə əməliyyat zamanı, aralarında iki qadının da olduğu 7 nəfər saxlanılıb. Onların üzərində və qaldıqları ünvanlarda aparılan axtarış zamanı 4 ədəd qanunsuz tapança, 6 daraq və 88 patron aşkarlanaraq götürülüb. Şübhəlilər ifadələrində ittihamları qəbul etməyərək, Bodruma yalnız istirahət məqsədilə gəldiklərini və heç kimə qarşı sui-qəsd planlaşdırmadıqlarını bildiriblər.
İfadələri alındıqdan sonra məhkəməyə çıxarılan 7 şübhəli barələrində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Niyə bəzi yumurtalar asan soyulmur? - Heç kim bunun səbəbini bilmirdi
-
Avqustda 4 bürcə pul gələcək
-
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib
-
“Alnım açıq, başım dik” - Sıladan açıqlama
-
Məşhur repçiyə qarşı sui-qəsd planı: 7 nəfər həbs edildi
-
Karyerasında uğur qazanacaq bürclər
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq
-
Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz - Tramp
-
Yenidən eyni layihədə rol alacaqlar
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
-
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı
-
Naxçıvanda yeni nazir müavini təyin olundu
-
Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı
-
"Amay"ın qarşısında kişinin başına daş düşdü
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Şəmsi Səmədzadə azadlığa buraxıldı
-
Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
-
Rumıniya Moskvadakı səfirini geri çağırıb





