İdman

Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı

27 İyul 2026 19:05
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Mişel Olise kirayədə yaşadığı evdən çıxarıldıqdan sonra dəbdəbəli malikanə alıb.

Milli.Az xəbər verir ki, Almaniya mətbuatının yaydığı məlumata görə, 22 yaşlı futbolçu Münhenin ən prestijli ərazilərindən birində yerləşən və dəyəri 12 milyon avro olan malikanənin sahibi olub. 

Bildirilib ki, dəbdəbəli evdə qapalı üzgüçülük hovuzu, SPA zonası, müasir idman zalı, geniş qaraj və yüksək səviyyəli təhlükəsizlik sistemi mövcuddur.

Məlumata görə, Mişel Olise "Bavariya"dan ildə 15 milyon avro xalis əməkhaqqı alır. Sponsorluq müqavilələri ilə birlikdə futbolçunun illik gəliri 25 milyon avroya çatır.

Qeyd edək ki, Olise ötən günlərdə ev sahibi ilə yaşadığı anlaşılmazlıq səbəbindən kirayədə qaldığı evi tərk etmək məcburiyyətində qalmışdı./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.