İdman

"Arsenal" Vinisius üçün maaş rekordunu qırmağa hazırlaşır

27 İyul 2026 14:41
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərənin "Arsenal" klubu braziliyalı ulduz Vinisius Junioru transfer etmək üçün rekord maaş təklifinə hazırlaşır.

"The Telegraph"ın yaydığı məlumata görə, London təmsilçisi hazırda "Real Madrid"də həftəlik 400 min funt-sterlinq qazanan hücumçuya klub tarixinin ən yüksək əməkhaqqını təklif etməyi planlaşdırır.

Hazırda "Arsenal"ın ən çox qazanan futbolçusu Bukayo Sakadır. İngiltərə millisinin üzvü həftəlik 365 min funt-sterlinq əməkhaqqı alır.

25 yaşlı Vinisius Junior 2018-ci ildən "Real Madrid"in formasını geyinir. O, Madrid təmsilçisi ilə üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin bir sıra digər nüfuzlu titullar qazanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.