İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında dərc edilib.
Sərəncamda bildirilib ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın 22-31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
Vurğulanıb ki, idman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcək.
Sərəncama əsasən, 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 849 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
-
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb
-
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti ilə bağlı dəyişikliklər təsdiqlənib
-
Azərbaycanda vençur kapitalı fondları yaradılır
XƏBƏR LENTİ
-
İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? - Dosye
-
Dənizdə dalğalar artacaq - Çimərliklərdə ehtiyatlı olun
-
"Arsenal" Vinisius üçün maaş rekordunu qırmağa hazırlaşır
-
Memfis Depayın yeni klubu bəlli oldu
-
Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə - (Video)
-
Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı
-
Çilidə güclü zəlzələ oldu
-
Gürcüstanda azərbaycanlı gənc güllələndi
-
53 yaşında ata olan aktyordan etiraf: "İndiki ağlım olsaydı, 35 yaşı keçməzdim" - (Video)
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
DÇ-2026 finalının baş hakimi Vinsiç karyerasını başa vurdu
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
-
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb
-
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti ilə bağlı dəyişikliklər təsdiqlənib
-
Rüfət Axundov "Lamborghini"sindən sonra "Volqa"sını nümayiş etdirdi - (Video)
-
Azərbaycanda vençur kapitalı fondları yaradılır
-
Xaricə köçürmələrlə bağlı qaydaları pozanlar 7 min manatadək cərimələnəcək
-
FIFA prezidentindən media və tənqidçilərə qarşı sərt çıxış
-
Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib
-
1 740,7 hektar ərazi minalardan təmizlənib
-
Temperatur 41 dərəcə qalxacaq - Proqnoz
-
Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi
-
Günəşdə güclü partlayış baş verdi





