Dünya

ABŞ-ın İrana qarşı əməliyyatında yaralanan hərbçilərin sayı açıqlandı

27 İyul 2026 11:00
Baxış: 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat zamanı yaralanan amerikalı hərbçilərin sayı 624 nəfərə yüksəlib.

Milli.Az xəbər verir ki, bu barədə The New York Times qəzeti Pentaqona istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon itkilərlə bağlı statistik göstəriciləri iki mərhələ üzrə açıqlayıb: hərbi əməliyyatın fevral ayında başlamasından sonrakı dövr və münaqişənin yeni eskalasiya mərhələsinin başladığı 7 iyul tarixindən sonrakı müddət.

Bildirilir ki, iyulun 7-dən bu yana 207 ABŞ hərbçisi yaralanıb. Ümumilikdə isə əməliyyat başlayandan bəri yaralanan amerikalı hərbçilərin sayı 624 nəfərə çatıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.