İdman

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı paylaşım

27 İyul 2026 09:15
Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev sosial şəbəkədə mərhum atası ilə bağlı duyğusal paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, tanınmış idmançı atası ilə birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşərək, onun xatirəsini ehtiramla yad edib.

Paylaşımına ürəkdağlayan sözlər əlavə edən Rafael Ağayev atasının həyatında və qazandığı uğurlarda böyük pay sahibi olduğunu vurğulayıb.

"Hər addımında əziyyəti olan əziz atam, hər zaman qəlbimdə yaşayacaqsan", - deyə idmançı paylaşımında qeyd edib.

Xatırladaq ki, Rafael Ağayevin atası Mahir Ağayev iyulun 13-də səhhətində yaranan problem səbəbindən dünyasını dəyişib. İdmançının paylaşımı sosial şəbəkələrdə çoxsaylı başsağlığı mesajları ilə qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.